0
Thursday 30 September 2021 - 02:24

Makron: "ABŞ-dan asılılığa son verilməlidir"

Story Code : 956419
Makron: "ABŞ-dan asılılığa son verilməlidir"
Fransa prezidenti Emanuel Makron Avropanın qitəni müdafiə etmək üçün sadəlövhlükdən imtina etməli və hərbi bacarıqlarını artırmalı olduğunu söyləyib.

Reuters-in məlumatına görə, Makron bu sözləri çərşənbə axşamı Yunanıstanın 3 milyard avro dəyərində Fransa qırıcı təyyarələri alma razılaşmasından sonra deyib.

Fransa son həftələrdə ABŞ, Avstraliya və İngiltərə arasında nüvə sualtı qayıqları satışına dair üçtərəfli təhlükəsizlik müqaviləsinin imzalanmasından sonra bu üç ölkə ilə görünməmiş bir diplomatik böhran yaşayıb. ABŞ-ın bu addımı Fransa ilə Avstraliya arasında böyük bir müqavilənin ləğv edilməsinə səbəb olub.