QR CodeQR Code

KİV: Bayden Fələstin lideri ilə görüşdən imtina edib

30 Sep 2021 09:45

İslamTimes: “Ağ Ev Fələstin lideri Mahmud Abbasın keçən həftə BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ lideri Co Baydenlə görüş keçirmək istəyini rədd edib”.


APA xəbər verir ki, bu barədə “Axios” informasiya portalı ABŞ və Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bir neçə həftə əvvəl Mahmud Abbas köməkçiləri ilə BMT-yə şəxsən getməsini müzakirə edib. Bununla əlaqədar, Baydenlə Nyu-Yorkda və ya az sonra Vaşinqtonda yüksək səviyyəli həftə çərçivəsində görüşmək üçün bir fürsətin olub-olmayacağını öyrənmək qərara alınıb.

Lakin Ağ Evdəki mənbələrə Baydenin Nyu-Yorkda heç bir ikitərəfli görüş keçirməyəcəyini və Vaşinqtondakı görüşün də prezidentin iş qrafikinə uyğun olmadığını bildirib.

Belə olan halda Mahmud Abbas ABŞ-a səfərini təxirə salaraq, videoçıxışla kifayətlənməli olub.

“Axios”a görə, bu halda Ağ Evin davranışı Fələstin-İsrail nizamlanması məsələsinin Bayden administrasiyası üçün prioritet olmadığını göstərir.


Story Code: 956434

News Link :
https://www.islamtimes.org/az/news/956434/kiv-bayden-fələstin-lideri-ilə-görüşdən-imtina-edib

Islam Times
  https://www.islamtimes.org