0
Thursday 30 September 2021 - 09:45

KİV: Bayden Fələstin lideri ilə görüşdən imtina edib

Story Code : 956434
KİV: Bayden Fələstin lideri ilə görüşdən imtina edib
APA xəbər verir ki, bu barədə “Axios” informasiya portalı ABŞ və Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bir neçə həftə əvvəl Mahmud Abbas köməkçiləri ilə BMT-yə şəxsən getməsini müzakirə edib. Bununla əlaqədar, Baydenlə Nyu-Yorkda və ya az sonra Vaşinqtonda yüksək səviyyəli həftə çərçivəsində görüşmək üçün bir fürsətin olub-olmayacağını öyrənmək qərara alınıb.

Lakin Ağ Evdəki mənbələrə Baydenin Nyu-Yorkda heç bir ikitərəfli görüş keçirməyəcəyini və Vaşinqtondakı görüşün də prezidentin iş qrafikinə uyğun olmadığını bildirib.

Belə olan halda Mahmud Abbas ABŞ-a səfərini təxirə salaraq, videoçıxışla kifayətlənməli olub.

“Axios”a görə, bu halda Ağ Evin davranışı Fələstin-İsrail nizamlanması məsələsinin Bayden administrasiyası üçün prioritet olmadığını göstərir.