QR CodeQR Code

Bakıda polis həyat yoldaşını şöbədə güllələdi

30 Sep 2021 10:31

İslamTimes: Bakıda polis əməkdaşı ondan şikayət edən həyat yoldaşını qətlə yetirib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


Story Code: 956454

News Link :
https://www.islamtimes.org/az/news/956454/bakıda-polis-həyat-yoldaşını-şöbədə-güllələdi

Islam Times
  https://www.islamtimes.org