0
Thursday 30 September 2021 - 10:31

Bakıda polis həyat yoldaşını şöbədə güllələdi

Story Code : 956454
Bakıda polis həyat yoldaşını şöbədə güllələdi
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.