QR CodeQR Code

İbrahim Kalın: Bizim Ermənistanla problemimiz yoxdur

30 Sep 2021 12:31

İslamTimes: "Ermənilər istəsələr, mövcud vəziyyətdən faydalana bilərlər. Bizim Ermənistanla problemimiz yoxdur."


SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Haber Global"a müsahibəsində bildirib.

"Qarabağ məsələsi ilə bağlı üçtərəfli bəyanat imzalanıb, amma sülh müqaviləsi bağlanmayıb. Hər iki tərəfin də razı olacağı  şərtlər müzakirə ediləcək, bu proses davam edir. Ermənistan sadəcə bir Ermənistandan ibarət deyil. Ermənistan kasıb ölkədir, Azərbaycan və Türkiyə isə iqtisadiyyatı inkişaf etmiş ölkələrdir. Ermənilər istəsələr, mövcud vəziyyətdən faydalana bilərlər. Bizim Ermənistanla problemimiz yoxdur. Bu müharibənin sona çatması lazım idi və sona çatdı", Kalın bildirib.


Story Code: 956498

News Link :
https://www.islamtimes.org/az/news/956498/ibrahim-kalın-bizim-ermənistanla-problemimiz-yoxdur

Islam Times
  https://www.islamtimes.org