QR CodeQR Code

İran Bəhreyndə İsrail səfirliyinin açılmasına münasibət bildirib

2 Oct 2021 12:03

İslamTimes: “Şübhəsiz Tel-Əvivin bölgə və Bəhreyn üçün edəcəyi ərməğan təhlükə və sabitsizlikdir.”


SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan rəsmi tvitter səhifəsində yazıb.

İsrailin xarici işlər naziri Yair Lapidin Manamaya səfəri və burada İsrail səfirliyinin açılışını etməsinə münasibət bildirən İran XİN rəhbəri qeyd edib ki, Təl-Əvivin region və Bəhreyn üçün gətirəcəyi ərməğan təhlükə və sabitsizlikdir.

“Bəhreyn hakimiyyətinin saxta sionist rejimini qarşılaması məzlum və müqavimətçi Fələstin xalqına qarşı açıq-aşkar bir xəyanətdir. Biz indi bir ölkə tanıyırıq, onun da adı Fələstindir, paytaxtı da Qüdsdür", deyə İran XİN rəhbəri Bəhreyn hakimiyyətini kəskin tənqid edib.

Qeyd edək ki, son iki gündə Bəhreyndə İsrail səfirliyinin açılmasına görə intensiv etiraz aksiyaları keçirilir.


Story Code: 956819

News Link :
https://www.islamtimes.org/az/news/956819/iran-bəhreyndə-israil-səfirliyinin-açılmasına-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org