QR CodeQR Code

İran nüvə razılaşması ilə bağlı danışıqlar aparacaq qrupunu yaradıb

3 Oct 2021 07:48

İslamTimes: İran hakimiyyəti Vyanada nüvə razılaşmasının bərpası ilə bağlı danışıqlar aparacaq qrupun formalaşmasını, demək olar ki, başa çatdırıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Müzakirələr aparacaq qrupumuzun tərkibi, demək olar ki, yaradılıb. Danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində, razılaşmalar isə xarici işlər orqanlarının rəhbərləri səviyyəsində aparılacaq”, - deyə “Fars” agentliyi Abdullahiandan sitat gətirib.


Story Code: 956930

News Link :
https://www.islamtimes.org/az/news/956930/iran-nüvə-razılaşması-ilə-bağlı-danışıqlar-aparacaq-qrupunu-yaradıb

Islam Times
  https://www.islamtimes.org