QR CodeQR Code

Yaponiyada hökumət istefa verdi

4 Oct 2021 09:26

İslamTimes: Oktyabrın 4-də səhər Yaponiyada Yoşihide Suqanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.


Publika.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. Bildirilir ki, Baş nazir Yoşihide Suqa Nazirlər Kabinetinin növbədənkənar iclasında hökumətin bütün üzvlərinin istefası barədə ərizələrini alıb. Yaxın saatlarda yeni hökumət formalaşanadək onlar müvəqqəti olaraq öz nazirliklərinə rəhbərlik edəcəklər.

Yaponiya parlamentinin tezliklə yeni Baş nazirin namizədliyini təsdiqləyəcəyi gözlənilir. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Fumio Kişida rəhbərlik edəcək. Bundan sonra onun hökumətin yeni tərkibini elan edəcəyi bildirilir.


Story Code: 957082

News Link :
https://www.islamtimes.org/az/news/957082/yaponiyada-hökumət-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org