0
Monday 4 October 2021 - 09:26

Yaponiyada hökumət istefa verdi

Story Code : 957082
Yaponiyada hökumət istefa verdi
Publika.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. Bildirilir ki, Baş nazir Yoşihide Suqa Nazirlər Kabinetinin növbədənkənar iclasında hökumətin bütün üzvlərinin istefası barədə ərizələrini alıb. Yaxın saatlarda yeni hökumət formalaşanadək onlar müvəqqəti olaraq öz nazirliklərinə rəhbərlik edəcəklər.

Yaponiya parlamentinin tezliklə yeni Baş nazirin namizədliyini təsdiqləyəcəyi gözlənilir. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Fumio Kişida rəhbərlik edəcək. Bundan sonra onun hökumətin yeni tərkibini elan edəcəyi bildirilir.