QR CodeQR Code

Amerikalı irqçilər Corc Floydun heykəlinə də rəhm etmədilər

إسلام تايمز , 4 Oct 2021 18:54

İslamTimes: ABŞ-da irqçiliyin qurbanı olan Corc Floydun heykəlinə Nyu-Yorkda quraşdırıldıqdan cəmi iki gün sonra zərər yetirilib


The Independent-in New York polisinə istinadən verdiyi xəbərə görə, Amerikada polis zabiti tərəfindən xüsusi amansızlıqla boğularaq qətlə yetirilən Corc Floydun şərəfinə ucaldılmış heykələ hücum edilib. Təhlükəsizlik kameraları araşdırıldıqdan sonra skeytbordla hərəkət edən bir naməlum şəxsin heykələ boz rəng sıçratdığı məlum olub.

Polis bu irqçi hərəkəti törədəni araşdırdığını bildirib. Eyni vaxtda Corc Floydun heykəlinin irqi ayrı-seçkilik mövzusunda keçiriləcək sərgiyə hazırlanması üçün bərpa edilməsinə başlanılıb.


Story Code: 957183

News Link :
https://www.islamtimes.org/az/news/957183/amerikalı-irqçilər-corc-floydun-heykəlinə-də-rəhm-etmədilər

Islam Times
  https://www.islamtimes.org