0
Monday 4 October 2021 - 18:54

Amerikalı irqçilər Corc Floydun heykəlinə də rəhm etmədilər

Story Code : 957183
Amerikalı irqçilər Corc Floydun heykəlinə də rəhm etmədilər
The Independent-in New York polisinə istinadən verdiyi xəbərə görə, Amerikada polis zabiti tərəfindən xüsusi amansızlıqla boğularaq qətlə yetirilən Corc Floydun şərəfinə ucaldılmış heykələ hücum edilib. Təhlükəsizlik kameraları araşdırıldıqdan sonra skeytbordla hərəkət edən bir naməlum şəxsin heykələ boz rəng sıçratdığı məlum olub.

Polis bu irqçi hərəkəti törədəni araşdırdığını bildirib. Eyni vaxtda Corc Floydun heykəlinin irqi ayrı-seçkilik mövzusunda keçiriləcək sərgiyə hazırlanması üçün bərpa edilməsinə başlanılıb.