QR CodeQR Code

Taliban: İŞİD-ə bu icazəni verməyəcəyik!

إسلام تايمز , 5 Oct 2021 16:47

İslamTimes: Taliban rəsmisi İŞİD terrorçularına Əfqanıstan ərazisindən istifadə edərək, İrana hücum etməyə izn verməyəcəklərini bildirib


Əfqanıstanın Herat vilayətindəki Taliban valisinin müavini İranın bu ölkəyə dördüncü humanitar yardımını qəbul edən zaman təkidlə bildirib ki, yeni Əfqanıstan hakimiyyəti İŞİD terrorçularının bu ölkə ərazisindən istifadə edərək İran İslam Respublikasına qarşı fəaliyyət göstərməsinə əsla izn verməyəcək.

Taliban-ın Herat vilayətindəki valisinin müavini Mövləvi Şirəhmad Əmmar Mühacir bu açıqlamanı İranın Xorasan Rəzəvi əyalətindəki yerli səlahiyyətlilərə görüş əsnasında verib.

Bazar ertəsi günü Herat valisinin müavini İslam-Qala sərhəd keçidinin sıfır nöqtəsində İranın Xorasan Rəzəvi əyalətinin bir sıra yerli rəsmiləri və İranın Taybad sərhəd şəhərinin polis rəisi ilə görüşüb.


Story Code: 957305

News Link :
https://www.islamtimes.org/az/news/957305/taliban-işid-ə-bu-icazəni-verməyəcəyik

Islam Times
  https://www.islamtimes.org