QR CodeQR Code

Lavrov: HBFP sazişinin bərpası və İranda Sputnik peyvəndinin istehsalından danışdı

إسلام تايمز , 6 Oct 2021 16:00

İslamTimes: Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə mətbuat konfransı keçirib.


İran İslam Respublikasının xarici işlər naziri Əmir Abdullahian, ötən gün başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Lavrovun dəvəti ilə Moskvaya səfər edib. İran XİN başçısı bu gün günorta saatlarında Lavrovla görüşüb, daha sonra birgə mətbuat konfransına qatılıb.

Lavrov mətbuat konfransında deyib: "Rusiyanın "Sputnik V" peyvəndinin ən qısa müddətdə İranda istehsal edilməsi ilə bağlı razılaşdıq. ABŞ-ın sanksiyalarına baxmayaraq İranla ticarət əlaqələrimizi inkişaf etdirməyə davam edirik."

Lavrov HBFP sazişinin bərpasının vacibliyinə də işarə edərək deyib: “İranla nüvə anlaşmasının bərpasına çalışırıq. Bütün tərəflər nüvə razılaşması ilə bağlı öhdəliklərinə əməl etməlidirlər."


Story Code: 957472

News Link :
https://www.islamtimes.org/az/news/957472/lavrov-hbfp-sazişinin-bərpası-və-iranda-sputnik-peyvəndinin-istehsalından-danışdı

Islam Times
  https://www.islamtimes.org