0
Wednesday 6 October 2021 - 16:00

Lavrov: HBFP sazişinin bərpası və İranda Sputnik peyvəndinin istehsalından danışdı

Story Code : 957472
Lavrov: HBFP sazişinin bərpası və İranda Sputnik peyvəndinin istehsalından danışdı
İran İslam Respublikasının xarici işlər naziri Əmir Abdullahian, ötən gün başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Lavrovun dəvəti ilə Moskvaya səfər edib. İran XİN başçısı bu gün günorta saatlarında Lavrovla görüşüb, daha sonra birgə mətbuat konfransına qatılıb.

Lavrov mətbuat konfransında deyib: "Rusiyanın "Sputnik V" peyvəndinin ən qısa müddətdə İranda istehsal edilməsi ilə bağlı razılaşdıq. ABŞ-ın sanksiyalarına baxmayaraq İranla ticarət əlaqələrimizi inkişaf etdirməyə davam edirik."

Lavrov HBFP sazişinin bərpasının vacibliyinə də işarə edərək deyib: “İranla nüvə anlaşmasının bərpasına çalışırıq. Bütün tərəflər nüvə razılaşması ilə bağlı öhdəliklərinə əməl etməlidirlər."