QR CodeQR Code

ABŞ və Yunanıstandan Türkiyəni narahat edəcək addım

إسلام تايمز , 9 Oct 2021 19:19

İslamTimes: Türkiyə ilə Yunanıstan arasında gərginliyin artdığı bir dönəmdə ABŞ F-15 qırıcılarını Yunanıstana gətirib


"DefenseWorld" saytının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları F-15 qırıcılarını Yunanıstanın Larisa şəhərinə endirib. İki ölkə Aralıq dənizi və Balkan bölgəsində təhlükəsizliyin təmini bəhanəsi ilə birgə təlim keçirməyi planlayır.

Bu təlimlər Türkiyənin, Yunanıstan parlamentinin Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsinə görə narahat olduğunu bildirməsi dönəminə təsadüf edir.

Yunan ordusunun verdiyi açıqlamada qeyd edilir ki, ABŞ-la birgə təlimlərə müasir müdafiə missiyaları, hücum aviasiyası taktikası, hava dəstəyi, quruda və dənizdə hədəflərə hücum və dəniz qüvvələrinə dəstək daxildir.

Qeyd edək ki, Şərqi Aralıq dənizi bölgəsində hazırda Yunanıstanla Türkiyə arasında ciddi gərginlik yaşanır.


Story Code: 957950

News Link :
https://www.islamtimes.org/az/news/957950/abş-və-yunanıstandan-türkiyəni-narahat-edəcək-addım

Islam Times
  https://www.islamtimes.org