QR CodeQR Code

28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olacaq - YENİLƏNİB

11 Oct 2021 16:57

İslamTimes: Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.


APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.


Story Code: 958190

News Link :
https://www.islamtimes.org/az/news/958190/28-may-müstəqillik-günü-18-oktyabr-müstəqilliyin-bərpası-olacaq-yenilənib

Islam Times
  https://www.islamtimes.org