0
Monday 11 October 2021 - 16:57

28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olacaq - YENİLƏNİB

Story Code : 958190
28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olacaq - YENİLƏNİB
APA-nın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.