QR CodeQR Code

Nigerdə naməlum şəxslərin məscidə hücumu nəticəsində 10 nəfər ölüb

14 Oct 2021 10:10

İslamTimes: Nigerin cənub-qərb hissəsində naməlum şəxslər məscidə hücum edərək azı 10 nəfəri öldürüblər.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli “Studio Kalangou” radiosu şahidlərə istinadən məlumat yayıb.

Hadisə Tillaberi bölgəsində, “üç sərhəd zonası” adlanan ərazidə – Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Bölgədə İŞİD və “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar üstünlük təşkil edir.

Məlumata görə, iki motosikletlə hücum edənlər axşam namazı zamanı kəndə giriblər. Məsciddə 10 nəfər öldürülüb.

“Agence France-Presse” hücumla əlaqədar bəzi Tillaberi departamentlərində motosikletlərdə hərəkətin qadağan edildiyini yazır.


Story Code: 958645

News Link :
https://www.islamtimes.org/az/news/958645/nigerdə-naməlum-şəxslərin-məscidə-hücumu-nəticəsində-10-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org