QR CodeQR Code

BƏƏ-nin İraq seçkilərinə müdaxiləsi iddia edilir

14 Oct 2021 12:32

İslamTimes: Birləşmiş Ərəb Əmirlikləri hökumətinin İraqdakı seçkilərə müdaxilə etdiyi iddia edilib.


Bu barədə iddianı iraqlı jurnalist Əhməd Əbdüssadə yayıb.
Əhməd Əbdüssadə verdiyi açıqlamada vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri İraqdakı seçkilərə elektronik cihazlarla müdaxilə edərək manipulyasiya yaratmaq istəyib.
"Seçki nəticələri bütün siyasi partiyaların nümayəndələrinin iştirakı ilə əllə sayılmalıdır. Çünki BƏƏ səsləri sayma cihazlarına müdaxilə edərək seçkiləri "Həşd Şabi" əleyhdarı olan siyasi qrupların xeyrinə manipulyasiya edib", - deyə Əhməd Əbdüssadə diqqətə çatdırıb. /Eastnews/


Story Code: 958673

News Link :
https://www.islamtimes.org/az/news/958673/bəə-nin-iraq-seçkilərinə-müdaxiləsi-iddia-edilir

Islam Times
  https://www.islamtimes.org