QR CodeQR Code

Qrossi: İranın xarici işlər naziri ilə görüşmək istəyirəm

إسلام تايمز , 19 Oct 2021 19:00

İslamTimes: Qrossi: "Mən hələ İranın (yeni) xarici işlər naziri ilə danışa bilməmişəm. Bir-birimizi daha yaxşı anlamaq üçün görüşməyimiz zəruridir."


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Financial Times-la müsahibə zamanı bildirib ki, o təcili olaraq İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyanla görüşərək, BAEA-nın İrandakı nəzarət proqramını gücləndirmək proqramı barədə müzakirə aparmalıdır.

Qrossi deyib: "Mən hələ İranın (yeni) xarici işlər naziri ilə danışa bilməmişəm. Siyasi fəzada əlaqə qurulmalıdır. Bu zəruridir. Bu əlaqə olmadan bir-birimizi başa düşə bilmərik."

BAEA müxtəlif hesabatlarda açıq şəkildə İranın nüvə fəaliyyətinin sülhməramlı olduğunu etiraf etsə də, Qrossi son müsahibəsində deyib: "İranın uran ehtiyatının miqdarını nəzərə alsaq, deyə bilərik ki, bu ölkənin nüvə silahı hazırlamaqla cəmi bir neçə ay fasiləsi var. Amma rəsmi Tehranın nüvə silahı ardınca olmasını düşünmürəm..."


Story Code: 959536

News Link :
https://www.islamtimes.org/az/news/959536/qrossi-iranın-xarici-işlər-naziri-ilə-görüşmək-istəyirəm

Islam Times
  https://www.islamtimes.org