QR CodeQR Code

İŞİD kəndə hücum etdi - ölən və yaralananlar var

27 Oct 2021 14:15

İslamTimes: İŞİD terror təşkilatının yaraqlıları İraqın Əl-Miqdadiyə rayonunun Əl-Rəşad kəndinə silahlı hücum edib.


Teleqraf.com xəbər verir ki, bu barədə İraq mətbuatı ölkənin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Yüngül silahlarla yanaşı, snayperlərdən də istifadə edildiyi hücumda əksəriyyəti mülki vətəndaşlar olan 12 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Hadisədən sonra bölgəyə təhlükəsizlik qüvvələri göndərilib, hücum edənlər isə kənddən qaçaraq uzaqlaşıblar.


Story Code: 960679

News Link :
https://www.islamtimes.org/az/news/960679/işid-kəndə-hücum-etdi-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org