0
Wednesday 27 October 2021 - 14:15

İŞİD kəndə hücum etdi - ölən və yaralananlar var

Story Code : 960679
İŞİD kəndə hücum etdi - ölən və yaralananlar var
Teleqraf.com xəbər verir ki, bu barədə İraq mətbuatı ölkənin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Yüngül silahlarla yanaşı, snayperlərdən də istifadə edildiyi hücumda əksəriyyəti mülki vətəndaşlar olan 12 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Hadisədən sonra bölgəyə təhlükəsizlik qüvvələri göndərilib, hücum edənlər isə kənddən qaçaraq uzaqlaşıblar.