QR CodeQR Code

Çavuşoğlu ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla hədələdi

إسلام تايمز , 28 Oct 2021 20:41

İslamTimes: Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı bildirib ki, amerikalılar Ankaranın sifariş etdiyi F-35 qırıcılarını təhvil verməsələr, Türkiyə Rusiyadan müasir döyüş təyyarələri ala bilər.


Sputnik xəbər agentliyinin məlumatına görə, Çavuşoغlu “CNN Türk”ə müsahibəsində deyib:

"Əgər ABŞ F-35 qırıcıları ilə bağlı məsələni həll etmək istəməsə və ya Konqres buna mane olmaq istəsə, Türkiyə digər variantları, o cümlədən Rusiyada Su-35 və ya Su-57 qırıcıları alınmasını nəzərdən keçirəcək”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da ötən ayın sonunda Nigeriyadan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, Türkiyə qırıcılar üçün ABŞ-a ödədiyi 1,4 milyard dolları istənilən yolla alacaq.


Story Code: 960913

News Link :
https://www.islamtimes.org/az/news/960913/çavuşoğlu-abş-ı-rusiyadan-qırıcı-təyyarə-almaqla-hədələdi

Islam Times
  https://www.islamtimes.org