QR CodeQR Code

Ərdoğan Romada "3+3" formatından DANIŞDI

1 Nov 2021 02:16

İslamTimes: “Cənubi Qafqazda 6 tərəfli platforma üzərində işləyirik. Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan olaraq dedik ki, gəlin, belə bir addım ataq və bu bölgəyə sülh gətirək”.


Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər Zirvə Toplantısından sonra Nuvola Konqres Mərkəzində təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqlar aparıb və sülh təklifi irəli sürüb.

“Gürcüstanda mənfi münasibət var. Əgər bütün ölkələr müsbət yanaşarsa, bu platforma yaradıla bilər. Belə getsə, bu bölgə sülh hövzəsinə çevriləcək”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini vurğulayıb.


Story Code: 961396

News Link :
https://www.islamtimes.org/az/news/961396/ərdoğan-romada-3-formatından-danişdi

Islam Times
  https://www.islamtimes.org