QR CodeQR Code

Rusiya və Suriya hərbi təyyarələri İdlibə hava zərbələri endirib

6 Nov 2021 18:53

İslamTimes: Rusiya və Suriyanın Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün İdlibdə silahlı birləşmələrə hava zərbələri endiriblər.


SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu gün İdlibin Cisr-Şuğur rayonunun bir neçə kəndində silahlı birləşmələrə hava zərbələri endirilib.

Suriya və Rusiya hərbi təyyarələri tərəfindən endirilən hava zərbələri əsasən Mişmişan adlı kənddə “əl-Hizb əl-İslami ət-Türkistanı” qruplaşmasını hədəfə alıb.

Qeyd edək ki, bölgədə atəşkəs 2019-cu ildə Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilib. Son zamanlarda İdlibdə Əl-Qaidənin sabiq Suriya qanadı olmuş “Heyət Təhrir-Şam” (sabiq adı Cəbhət ən-Nusra) Rusiya və Suriya hərbi təyyarələri tərəfindən vaxtaşırı hədəfə alınır.


Story Code: 962351

News Link :
https://www.islamtimes.org/az/news/962351/rusiya-və-suriya-hərbi-təyyarələri-idlibə-hava-zərbələri-endirib

Islam Times
  https://www.islamtimes.org