QR CodeQR Code

Fələstin Müqavimət Hərəkatı İsrailə xəbərdarlıq etdi

إسلام تايمز , 10 Nov 2021 00:15

İslamTimes: Əgər hər hansı fələstinli məhbus şəhid olarsa, Müqavimət döyüşə hazır vəziyyətdədir!


Bir neçə fələstinli məhbusun aclıq aksiyasının həftələrdir davam etdiyi bir şəraitdə sionist rejim hələ də onlara məhəl qoymur. Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli üzvü Xızır Həbib bu gün (çərşənbə axşamı) bildirib ki, belə bir şəraitdə məhbusların həyatı üçün yaranacaq hər hansı təhlükəyə görə birbaşa Tel-Əviv rejimi məsuliyyət daşıyır.

Sama xəbər agentliyinin məlumatına görə, Xızır Həbib deyib: "Fələstin xalqı əsirləri tək qoymayacaq və hər hansı əsir şəhid olarsa, biz müharibəyə başlamağa hazır vəziyyətdəyik."

Xızır Həbib İslami Cihad Hərəkatının məhbuslara dəstək məqsədilə təşkil etdiyi mitinqdə əlavə edib ki, məhbuslar yalnız tələbləri yerinə yetirildikdən sonra aclıq aksiyası vasitəsilə başlatdıqları mübarizələrini dayandıracaqlar.


Story Code: 962867

News Link :
https://www.islamtimes.org/az/news/962867/fələstin-müqavimət-hərəkatı-israilə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org