QR CodeQR Code

ABŞ-dan Tiflisə Saakaşvili ilə bağlı çağırış

10 Nov 2021 11:46

İslamTimes: Vaşinqton Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvili ilə ədalətli və ləyaqətli şəkildə, beynəlxalq normalara uyğun davranmağa çağırır.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

O bildirib ki, ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir.

“Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”, - Prays qeyd edib.

Xatırladaq ki, 1 oktyabrdan aclıq elan edən Saakaşvilinin müalicəsi üçün türmə həbsxanasının təchizatı uyğun görünməsə də, Gürcüstan Ədliyyə Nazirliyi onun mülki xəstəxanaya köçürülməsinə imkan vermir.


Story Code: 962921

News Link :
https://www.islamtimes.org/az/news/962921/abş-dan-tiflisə-saakaşvili-ilə-bağlı-çağırış

Islam Times
  https://www.islamtimes.org