QR CodeQR Code

HƏMAS: İsrailin hücumuna sarsıdıcı cavab veriləcək

إسلام تايمز , 14 Nov 2021 19:06

İslamTimes: HƏMAS hərəkatı 2012-ci ildə İsrailin Qəzza zolağına hücumu zamanı "Hecarət əl-Siccil" əməliyyatının ildönümü ilə bağlı bəyanat yayıb


HƏMAS Hərəkatı sionist rejimə qarşı müqavimətin, dirənişin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Safa Xəbər Agentliyi bu bəyanata istinadən bildirib ki, başda İzzəddin Qəssam Briqadaları olmaqla Fələstin müqaviməti günü-gündən daha da güclənir. Müqavimət bu günədək dəfələrlə sionist düşmənlə müharibədə üz-üzə gəlib.

HƏMAS bildirib ki, "Hecarət əl-Siccil" əməliyyatında müqavimətin qələbə çalmasından 9 il sonra “Kəskin Qılınc” və “Qüds Qılıncı” kimi müharibələr baş verdi. Bu döyüşlər bir daha göstərdi ki, Fələstin xalqının təhlükəsizliyi, Qüds və Fələstin torpağı bizim qırmızı xəttimizdir və biz qırmızı xəttlərimizin tapdanmasına göz yummayacağıq.


Story Code: 963597

News Link :
https://www.islamtimes.org/az/news/963597/həmas-israilin-hücumuna-sarsıdıcı-cavab-veriləcək

Islam Times
  https://www.islamtimes.org