QR CodeQR Code

"Hizbullah": Livan müqaviməti ABŞ-ın mühasirəsini yarmağa qadirdir

17 Nov 2021 15:06

İsamTimes: Livan "Hizbullah"ının rəsmisi ABŞ-ın rəhbərlik etdiyi mühasirəyə işarə edərək, "Livan müqaviməti Amerika mühasirəsini qırmağa qadirdir", - deyib.


Livan "Hizbullah"ının əl-Bəqa bölgəsinin rəhbəri Hüseyn Nimr müqavimətin gücündən danışıb və bildirib ki, müqavimət istənilən vəziyyətdə qalib gəlməyə hazırdır.

Məlumata görə, "Hizbullah" rəsmisi əlavə edib: "Dünyaya müqavimət sübut edir ki, müharibədə məğlub olmayan xalqı mühasirə ilə məğlub etmək olmaz.
Biz inanırıq ki, bugünkü müharibə iradə müharibəsidir.

Bu gün gördüyümüz ABŞ-ın müqaviməti mühasirəyə almasıdır. Biz də amerikalıların düşmənçilik hərəkətlərinə qarşı durub mühasirəni yarırıq.
Təəssüf ki, bəzi ərəb ölkələri Livanın daxili işlərinə qarışır". /Eastnews/


Story Code: 964048

News Link :
https://www.islamtimes.org/az/news/964048/hizbullah-livan-müqaviməti-abş-ın-mühasirəsini-yarmağa-qadirdir

Islam Times
  https://www.islamtimes.org