0
Wednesday 17 November 2021 - 15:06

"Hizbullah": Livan müqaviməti ABŞ-ın mühasirəsini yarmağa qadirdir

Story Code : 964048
"Hizbullah": Livan müqaviməti ABŞ-ın mühasirəsini yarmağa qadirdir
Livan "Hizbullah"ının əl-Bəqa bölgəsinin rəhbəri Hüseyn Nimr müqavimətin gücündən danışıb və bildirib ki, müqavimət istənilən vəziyyətdə qalib gəlməyə hazırdır.

Məlumata görə, "Hizbullah" rəsmisi əlavə edib: "Dünyaya müqavimət sübut edir ki, müharibədə məğlub olmayan xalqı mühasirə ilə məğlub etmək olmaz.
Biz inanırıq ki, bugünkü müharibə iradə müharibəsidir.

Bu gün gördüyümüz ABŞ-ın müqaviməti mühasirəyə almasıdır. Biz də amerikalıların düşmənçilik hərəkətlərinə qarşı durub mühasirəni yarırıq.
Təəssüf ki, bəzi ərəb ölkələri Livanın daxili işlərinə qarışır". /Eastnews/