QR CodeQR Code

Qəzzafinin oğlunun ölümü təsdiqləndi

5 Sep 2011 08:20

IslamTimes - O, Tarxun şəhərində ölüb və şəhər ətrafındakı Bin Valida qəbirstanlığında dəfn olunub.


Liviya Milli Keçid Hökumətinin (MKH) müdafiə nazirliyinin nümayəndəsi Liviyanın Cəmahiriyyə lideri Müəmmar Qəzzafinin oğlu Hamisin ölümünü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

"Qəzzafinin oğlu Xamisin ölümü təsdiqlənib. O, Tarxun şəhərində ölüb və şəhər ətrafındakı Bin Valida qəbirstanlığında dəfn olunub. Liviya xüsusi xidmət orqanlarının rəhbəri Abdallı Əs Senusi Muhəmmədin oğlu da ölüb." - Liviya MKH-nin müdafiə nazirliyinin nümayəndəsi Əhməd Bani deyib.

O, Abdallı Əs Sənusinin əvvəlcədən yayılmış ölüm xəbərini təsdiq etməyib. /Milli.Az/


Story Code: 96554

News Link :
https://www.islamtimes.org/az/news/96554/qəzzafinin-oğlunun-ölümü-təsdiqləndi

Islam Times
  https://www.islamtimes.org