0
Monday 5 September 2011 - 08:20

Qəzzafinin oğlunun ölümü təsdiqləndi

Story Code : 96554
Qəzzafinin oğlunun ölümü təsdiqləndi
Qəzzafinin oğlunun ölümü təsdiqləndi
Liviya Milli Keçid Hökumətinin (MKH) müdafiə nazirliyinin nümayəndəsi Liviyanın Cəmahiriyyə lideri Müəmmar Qəzzafinin oğlu Hamisin ölümünü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

"Qəzzafinin oğlu Xamisin ölümü təsdiqlənib. O, Tarxun şəhərində ölüb və şəhər ətrafındakı Bin Valida qəbirstanlığında dəfn olunub. Liviya xüsusi xidmət orqanlarının rəhbəri Abdallı Əs Senusi Muhəmmədin oğlu da ölüb." - Liviya MKH-nin müdafiə nazirliyinin nümayəndəsi Əhməd Bani deyib.

O, Abdallı Əs Sənusinin əvvəlcədən yayılmış ölüm xəbərini təsdiq etməyib. /Milli.Az/
Comment