QR CodeQR Code

ÜST Cənubi Afrikada yayılan koronavirusun yeni variantına "Omikron" adını verib

27 Nov 2021 01:41

İslamTimes: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını verib.


APA-nın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda UST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.


Story Code: 965647

News Link :
https://www.islamtimes.org/az/news/965647/üst-cənubi-afrikada-yayılan-koronavirusun-yeni-variantına-omikron-adını-verib

Islam Times
  https://www.islamtimes.org