0
Saturday 27 November 2021 - 01:41

ÜST Cənubi Afrikada yayılan koronavirusun yeni variantına "Omikron" adını verib

Story Code : 965647
ÜST Cənubi Afrikada yayılan koronavirusun yeni variantına "Omikron" adını verib
APA-nın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda UST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.