QR CodeQR Code

ABŞ-da “Qara cümə” günü ticarət mərkəzində atışma olub

27 Nov 2021 07:56

İslamTimes: ABŞ-ın Şimali Karolina ştatında “Qara cümə” günü silahlı insident baş verib.


APA yerli polisə istinadən xəbər verir ki, atışma Durham şəhərindəki ticarət mərkəzlərindən birində qeydə alınıb.

Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.

Yerli “WRAL” portalı isə bir nəfərin güllələndiyini və onun vəziyyəti ilə bağlı heç bir xəbərin olmadığını yazıb.

Hadisə şahidlərinin “Twitter”də yazdığı məlumata görə, atışma ilə bağlı məlumatlardan sonra ticarət mərkəzi boşaldılıb və günün sonuna qədər bağlanıb.


Story Code: 965658

News Link :
https://www.islamtimes.org/az/news/965658/abş-da-qara-cümə-günü-ticarət-mərkəzində-atışma-olub

Islam Times
  https://www.islamtimes.org