0
Saturday 27 November 2021 - 07:56

ABŞ-da “Qara cümə” günü ticarət mərkəzində atışma olub

Story Code : 965658
ABŞ-da “Qara cümə” günü ticarət mərkəzində atışma olub
APA yerli polisə istinadən xəbər verir ki, atışma Durham şəhərindəki ticarət mərkəzlərindən birində qeydə alınıb.

Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.

Yerli “WRAL” portalı isə bir nəfərin güllələndiyini və onun vəziyyəti ilə bağlı heç bir xəbərin olmadığını yazıb.

Hadisə şahidlərinin “Twitter”də yazdığı məlumata görə, atışma ilə bağlı məlumatlardan sonra ticarət mərkəzi boşaldılıb və günün sonuna qədər bağlanıb.