QR CodeQR Code

DƏHŞƏT: ABŞ-da polis əlil arabasında olan şəxsi güllələyib

2 Dec 2021 09:18

İslamTimes: ABŞ-ın Arizona ştatında polis əlil arabasında olan şəxsə 9 güllə vurub.


APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, polisə axşam saatlarında marketdən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis nəfəri oğurluqda şübhəli bilinən şəxsi saxlamağa çalışıb. Fiziki qüsurlu şəxs elektrikli əlil arabasında hadisə yerindən uzaqlaşmağa cəhd edib. Polis onu zərərsizləşdirmək üçün 9 dəfə yaxın məsafədən atəş açıb. Məhdud hərəkət qabiliyyətli şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.


Story Code: 966518

News Link :
https://www.islamtimes.org/az/news/966518/dəhşət-abş-da-polis-əlil-arabasında-olan-şəxsi-güllələyib

Islam Times
  https://www.islamtimes.org