0
Thursday 2 December 2021 - 09:18

DƏHŞƏT: ABŞ-da polis əlil arabasında olan şəxsi güllələyib

Story Code : 966518
DƏHŞƏT: ABŞ-da polis əlil arabasında olan şəxsi güllələyib
APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, polisə axşam saatlarında marketdən oğurluq olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis nəfəri oğurluqda şübhəli bilinən şəxsi saxlamağa çalışıb. Fiziki qüsurlu şəxs elektrikli əlil arabasında hadisə yerindən uzaqlaşmağa cəhd edib. Polis onu zərərsizləşdirmək üçün 9 dəfə yaxın məsafədən atəş açıb. Məhdud hərəkət qabiliyyətli şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.