QR CodeQR Code

Fransa qanunsuz miqrasiya ilə mübarizədə Britaniyanın təklifini qəbul etməyib

4 Dec 2021 09:15

İslamTimes: Fransa Böyük Britaniyanın qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində La Manş boğazında birgə patrulun yaradılması təklifini rədd edib.


APA-nın xəbərinə görə, rəsmi Paris sözügedən ideyanın Fransanın suverenliyinə zidd olduğunu hesab edir.

Hökumət başçısı Jan Kasteks Birləmiş Krallığın Baş naziri Boris Consona məktubunda bildirib ki, ölkəsi Britaniya əsgərlərinin Fransa sahillərində patrula çıxmasını qəbul edə bilməz. Paris administrasiyası Boris Consonun Fransadan Britaniyaya gələn qanunsuz miqrantların geri qaytarılması təklifini də dəstəkləmir.


Story Code: 966775

News Link :
https://www.islamtimes.org/az/news/966775/fransa-qanunsuz-miqrasiya-ilə-mübarizədə-britaniyanın-təklifini-qəbul-etməyib

Islam Times
  https://www.islamtimes.org