0
Saturday 4 December 2021 - 09:15

Fransa qanunsuz miqrasiya ilə mübarizədə Britaniyanın təklifini qəbul etməyib

Story Code : 966775
Fransa qanunsuz miqrasiya ilə mübarizədə Britaniyanın təklifini qəbul etməyib
APA-nın xəbərinə görə, rəsmi Paris sözügedən ideyanın Fransanın suverenliyinə zidd olduğunu hesab edir.

Hökumət başçısı Jan Kasteks Birləmiş Krallığın Baş naziri Boris Consona məktubunda bildirib ki, ölkəsi Britaniya əsgərlərinin Fransa sahillərində patrula çıxmasını qəbul edə bilməz. Paris administrasiyası Boris Consonun Fransadan Britaniyaya gələn qanunsuz miqrantların geri qaytarılması təklifini də dəstəkləmir.