QR CodeQR Code

İŞİD Kərkükdə bir kəndi nəzarətə götürüb, çoxsaylı evlər yandırılıb

6 Dec 2021 12:13

İslamTimes: İŞİD terror təşkilatı ötən gün Kərkük əyalətinin ucqar kəndlərindən olan və əsasən kürdlərin məskunlaşdığı Lahiban kəndinə hücum edərək, onu nəzarətə götürüb.


SalamNews Rudaw telekanalına istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, İŞİD terror təşkilatı Kərkük əyalətində Lahiban kəndinə ötən həftənin şənbə günündən başlayaraq hücuma keçib.

Ötən gün kəndin camaatı ərazini tərk etmək məcburiyyətində qalıblar.

Terror təşkilatı kənddə çoxsaylı evləri yandırıb.

Burada məhdud sayda olan Peşmərgə qüvvələri müqavimət göstərə bilməyib və itkilər veriblər.

Bölgəyə əlavə qüvvələr göndərilib.


Story Code: 967131

News Link :
https://www.islamtimes.org/az/news/967131/işid-kərkükdə-bir-kəndi-nəzarətə-götürüb-çoxsaylı-evlər-yandırılıb

Islam Times
  https://www.islamtimes.org