0
Monday 6 December 2021 - 12:13

İŞİD Kərkükdə bir kəndi nəzarətə götürüb, çoxsaylı evlər yandırılıb

Story Code : 967131
İŞİD Kərkükdə bir kəndi nəzarətə götürüb, çoxsaylı evlər yandırılıb
SalamNews Rudaw telekanalına istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, İŞİD terror təşkilatı Kərkük əyalətində Lahiban kəndinə ötən həftənin şənbə günündən başlayaraq hücuma keçib.

Ötən gün kəndin camaatı ərazini tərk etmək məcburiyyətində qalıblar.

Terror təşkilatı kənddə çoxsaylı evləri yandırıb.

Burada məhdud sayda olan Peşmərgə qüvvələri müqavimət göstərə bilməyib və itkilər veriblər.

Bölgəyə əlavə qüvvələr göndərilib.