QR CodeQR Code

Ulyanov: Vyanadakı ixtilafları həll etmək mümkündür

إسلام تايمز , 8 Dec 2021 18:03

İslamTimes: Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Tvitter səhifəsində İran və ABŞ-ın Vyana danışıqlarına ciddi yanaşdığını və tərəflər arasında mübahisələrin həllinin mümkünlüyünü yazıb.


O, Vyana danışıqlarının növbəti raundu ərəfəsində deyib: "Vyana danışıqlarında ABŞ və İranla təmaslarımız göstərir ki, hər iki tərəf HBFP sazişinin dirçəldilməsi məsələsində çox ciddidir. Sadəcə onların müvafiq yol və vasitələr barədə baxışları fərqlidir. Hədəf eyni olduğundan ixtilafları aradan qaldırmaq mümkündür və bu müzakirəçi heyətlərin vəzifəsidir."

Vyana danışıqlarında Rusiyanı təmsil edən diplomat həmçinin "Twitter" səhifəsində yazıb ki, HBFP sazişinin bərpası və sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarının yeddinci raundu sabah davam etdiriləcək.


Story Code: 967520

News Link :
https://www.islamtimes.org/az/news/967520/ulyanov-vyanadakı-ixtilafları-həll-etmək-mümkündür

Islam Times
  https://www.islamtimes.org