QR CodeQR Code

Enrike Mora: Bütün tərəflər razılıq əldə olunana qədər danışıqları davam etdirəcək

إسلام تايمز , 9 Dec 2021 22:18

İslamTimes: Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora HBFP sazişinin bərpası ilə bağlı bugünki görüşdən sonra açıqlama verib.


"Əl-Cəzirə"nin sverdyi məlumata görə, bugünkü iclasa sədrlik edən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora Vyanada danışıqların yeni mərhələsi başa çatdıqdan sonra jurnalistlərə bildirib ki, bütün nümayəndə heyətləri razılıq əldə olunana qədər danışıqları davam etdirəcəklərini təsdiqləyiblər.

Mora deyib: “Bəzi fikir ayrılıqları var. Amma biz bu fikir ayrılıqlarını aradan qaldırmağa çalışırıq. Atom Enerjisi Agentliyi Tehranla Qərb arasında əldə olunan istənilən razılaşmanı dəstəkləyir”.


 


Story Code: 967718

News Link :
https://www.islamtimes.org/az/news/967718/enrike-mora-bütün-tərəflər-razılıq-əldə-olunana-qədər-danışıqları-davam-etdirəcək

Islam Times
  https://www.islamtimes.org