QR CodeQR Code

İranda 460 gündən koronavirusla bağlı böyük uğur

12 Dec 2021 11:06

İslamTimes: İranda 460 gündən sonra koronavirusa gündəlik yoluxmaların sayı iki mindən aşağı düşüb


İranda son sutkada 1,681 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 6,152,524-ə çatıb.

SalamNews Mehr-ə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Mətbuat xidməti bəyanat verib.

Bildirilib ki, ölkədə son sutkada 1,681 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 6,152,524-ə çatıb.

Bu o deməkdir ki, İranda 460 gündən sonra koronavirusa gündəlik yoluxmaların sayı iki mindən aşağı düşüb.

Əlavə edilib ki, son sutka ərzində İranda koronavirusun Covid-19 növündən 58 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 130,661-ə çatıb.

Qeyd edək ki, İranda indiyə qədər koronavirusun beş dalğası baş verib.

Hazırda İranda koronavirusun təhlükəsilə bağlı təsnifata əsasən “qırmız bölgə” yoxdur.


Story Code: 968129

News Link :
https://www.islamtimes.org/az/news/968129/iranda-460-gündən-koronavirusla-bağlı-böyük-uğur

Islam Times
  https://www.islamtimes.org