QR CodeQR Code

Netanyahunun ailəsinin təhlükəsizliyinin dövlət tərəfindən təmin edilməsi dayandırılıb

13 Dec 2021 07:57

İslamTimes: Bu gündən işğalçı İsrailin müxalifət lideri, keçmiş baş nazir Benyamin Netanyahunun ailəsinin təhlükəsizliyinin dövlət tərəfindən təmin edilməsinin dayandırılması barədə qərar qəbul edilib.


APA xəbər verir ki, bu barədə “Yediot Ahronot” qəzeti məlumat yayıb.

Bildirilib ki, Netanyahunun ailəsinin mütəmadi olaraq ölümlə təhdid edilməsinə baxmayaraq, nazirlər komissiyası tərəfindən belə bir qərar qəbul olunub.

Qeyd edək ki, keçmiş baş nazirin səlahiyyət dövrünün başa çatmasından sonra dövlət tərəfindən ilk 6 ay ərzində ailəsinə təhlükəsizlik işçiləri və sürücü verilmişdi. Bu müddət dekabrın 13-də başa çatıb.

Bazar günü Netanyahu “Twitter”də ailəsinə qarşı edilən təhdidlərin skrinşotlarını yerləşdirib və qeyd edib ki, təkcə son iki gündə sosial mediada həyat yoldaşı Sara, habelə oğulları Yair və Avner üç dəfə ölümlə hədələniblər.


Story Code: 968218

News Link :
https://www.islamtimes.org/az/news/968218/netanyahunun-ailəsinin-təhlükəsizliyinin-dövlət-tərəfindən-təmin-edilməsi-dayandırılıb

Islam Times
  https://www.islamtimes.org