QR CodeQR Code

ABŞ-ın 23 milyardlıq silah razılaşması pozula bilər

15 Dec 2021 10:41

İslamTimes: Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ABŞ-la əldə edilən 23 milyard dollarlıq silah müqaviləsinə əsasən bu ölkədən F-35 döyüş təyyarələri, həmçinin “Reaper” pilotsuz təyyarələr və digər modern silahlar almalı idi.


Teleqraf.com xəbər verir ki, Çinin BƏƏ-ə artan təsirindən narahat olan ABŞ texnoloji məhsullarının Çin casus fəaliyyətinə məruz qalmaması bəhanəsi ilə müqaviləyə müəyyən məcburiyyət gətirib.

“Wall Street Journal”a danışan mənbələr BƏƏ hökumətinin razılaşmanı pozmaq istədiyini iddia ediblər. Co Bayden administrasiyasına göndərilən məktubda “modern texnologiyalı silahların Çin casuslarından qorunması ilə bağlı razılaşmanın gətirdiyi öhdəliklərin çox çətin olduğu” ifadə edilib.

Xəbərdə BƏƏ-nin yaxın günlərdə ABŞ nümayəndə heyəti ilə görüşdən əvvəl məktubdan “bazarlıq taktikası” kimi istifadə edə biləcəyi də ehtimal olunur.


Story Code: 968605

News Link :
https://www.islamtimes.org/az/news/968605/abş-ın-23-milyardlıq-silah-razılaşması-pozula-bilər

Islam Times
  https://www.islamtimes.org