QR CodeQR Code

Rusiyadan mühüm təklif: NATO qəbul etməyəcək?

19 Dec 2021 10:05

İslamTimes: Rusiyanın NATO ilə qarşılıqlı təhlükəsizlik təminatları ilə bağlı təklifləri Avropada sülhün bərqərar olması üçün çox vacibdir, lakin onlar NATO-nun hazırkı siyasəti ilə bir araya sığmır və alyans çətin ki, onları qəbul etsin.


Axar.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə nazirinin keçmiş birinci müavini Kostas İsixos bildirib.

"Rusiyanın təhlükəsizlik tədbirləri ilə bağlı yeni sazişə dair təklifləri sülhün davamını çox böyük ölçüdə təmin edəcək. Saziş layihəsindəki doqquz maddə müstəsna əhəmiyyət kəsb edən və çox vaxtında verilmiş təklifdir. Çünki hazırda NATO və Rusiyanı yeni silahlanma yarışında - istər adi, istərsə də nüvə silahları - öhdəliklərə bağlayan heç nə yoxdur", - İsixos qeyd edib.


Story Code: 969229

News Link :
https://www.islamtimes.org/az/news/969229/rusiyadan-mühüm-təklif-nato-qəbul-etməyəcək

Islam Times
  https://www.islamtimes.org