0
Sunday 19 December 2021 - 10:05

Rusiyadan mühüm təklif: NATO qəbul etməyəcək?

Story Code : 969229
Rusiyadan mühüm təklif: NATO qəbul etməyəcək?
Axar.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə nazirinin keçmiş birinci müavini Kostas İsixos bildirib.

"Rusiyanın təhlükəsizlik tədbirləri ilə bağlı yeni sazişə dair təklifləri sülhün davamını çox böyük ölçüdə təmin edəcək. Saziş layihəsindəki doqquz maddə müstəsna əhəmiyyət kəsb edən və çox vaxtında verilmiş təklifdir. Çünki hazırda NATO və Rusiyanı yeni silahlanma yarışında - istər adi, istərsə də nüvə silahları - öhdəliklərə bağlayan heç nə yoxdur", - İsixos qeyd edib.